WhatsApp Image 2023 07 05 at 06.03.16

Ötən gün Xankəndidə keçirilən “aksiya”nın iştirakçıları separatçıların başçısı Araik Arutyunyanla görüşüblər.

Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak”  qəzeti yazıb.

Bildirilib ki, separatçılar əvvəlcə saxta “dövlət naziri” Qurqen Nersisyanla danışıblar, daha sonra Arutyunyanla görüş keçiriblər.

Onlara bildirilib ki, separatçı rejim bu ayın 15-də keçiriləcək Brüssel görüşündən ümidlidirlər. Belə ki, görüşdə “Laçın” postu ilə bağlı vəziyyətin “tənzimlənməsi”ni gözləyirlər.

Tamerlan Yayaqan
Globalinfo.az

Paylaş: