İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla fikir ayrılıqlarının olduğunu bildirib.
Globalinfo.az xəbər verir ki, o, bu açıqlamanı CNN-ə verib.
Netanyahu bildirib ki, Trampla münasibətlərində bəzən fərqli fikirlər olub.
“O, Amerika Birləşmiş Ştatlarının prezidentidir və Amerika Birləşmiş Ştatları üçün yaxşı olanı edir. Mən İsrailin baş naziriyəm və İsrail üçün vacib və yaxşı olanı edirəm”, – deyə o etiraf edib.
Netanyahu qeyd edib ki, əksər hallarda İsrail və ABŞ-ın maraqları üst-üstə düşür. Onun fikrincə, ölkələr əsl müttəfiqlərdir.
Tahir Turan
Globalinfo.az