1509629509 23031240 1990480861208377 1519193881830735333 n

AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla vəzifəsindən ayrılıb.

Bu barədə Globalinfo.az-a F.Abdulla özü məlumat verib.

O, eyni vaxtda iki işdə çalışa bilmədiyini deyib:

“Səbail” klubundan dəvət gəldi və mən bunu qəbul etdim. Eyni vaxtda iki işdə qalmağım mümkün deyildi. Çünki bir-biri ilə uyğun gəlməyən istiqamətlərdir. Bundan sonra fəaliyyətimə “Səbail” klubunda icraçı direktor vəzifəsində davam edəcəyəm”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: