“ABŞ-ın Cənubi Qafqazda Ermənistan üçün həssas suallara cavabları ehtiva edən ardıcıl fəaliyyət proqramı yoxdur”.
Globalinfo.az xəbər verir ki, bu sözləri erməni politoloq Stepan Danielyan ABŞ səfiri Kristina Kvinin Qarabağ erməniləri ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib.
“ABŞ-ın bu gün Cənubi Qafqazdakı yeganə vəzifəsi Rusiyanı sıxışdırmaq və İranın şimal sərhədlərində qeyri-sabitlik ocağı yaratmaqdır. Vaşinqtonda keçirilən danışıqlar da bu amala xidmət edir. Amerikalıların vasitəçiliyi ilə keçirilən danışıqlarda maraqlarımıza cavab verən heç nə yoxdur”, – S.Danielyan bildirib.
Tamerlan Yayaqan
Globalinfo.az














