
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni açıqlaması ilə dünya mediasının diqqətini yenidən üzərinə çəkib.
Globalinfo.az xəbər verir ki, o, xorvatiyalı həmkarı Zoran Milanoviçlə birgə keçirdiyi mətbuat konfransında deyib ki, Rusiyadan hələlik taxıl daşınmır: “Ona görə də Rusiya Prezidenti Vladimir Putin iradında haqlıdır”.
Rəcəb Tayyib Ərdoğan Ukraynadan daşınan taxılın başqa istiqamət üzrə getdiyini deyib: “Digər tərəfdən, taxıl kasıb yox, zəngin ölkələrə daşınır. Kasıb ölkələrə də taxıl göndərilməlidir. Eyni zamanda, biz istəyirik ki, Rusiyadan da taxıl daşınsın. Bunu gözləyirik. Səmərqənddə Putinlə bu məsələni müzakirə edəcəyik”.
Globalinfo.az xatırladır ki, Ərtdoğan son günlər Putinlə bağlı maraqlı açıqlamalar verir. Bir neçə gün öncə Türkiyə prezidenti jurnalistlərin qarşısında çıxışında bildirmişdi ki, Rusiya rəhbəri Avropa ölkələrinə təbii qazı dayandırmaqda haqlıdır. O, fikrini belə ifadə etmişdi: “Avropa Rusiyaya qarşı sanksiya tətbiq etdi, Putin də əlindəki silahı – təbii qaz amilini istifadə edir”. Ərdoğanın bu fikirləri dünya medaisında birmənalı qarşılanmayıb.
Globalinfo.az həmin videonu təkrar təqdim edir:














