emmanuel macron 1

Fransa Prezidenti Emmanuel Makron ölkədə iğtişaşlara qarşı mübarizə üzrə Yelisey sarayında müşavirə keçirir.

Globalinfo.az “APA”ya istinadən xəbər verir ki, bu barədə BFM telekanalı məlumat yayıb.

İclasda Fransa hökumətinin üzvləri, o cümlədən Baş nazir Elizabet Born, daxili işlər naziri Jerald Derman və ədliyyə naziri Erik Dyupont-Moretti iştirak edirlər.

Xatırladaq ki, Fransada iğtişaşlar iyunun 27-də polisin 17 yaşlı gənci öldürməsindən sonra başlayıb.

Əlcəzairəsilli fransız yeniyetməni güllələyən polis saxlanılıb.

 

Paylaş: