manat 180215 900x675 1

Siyəzəndə bələdiyyə sədri cərimələnib.

Daxili İşlər Nazirliyindən (DİN) Globalinfo.az-a bildirilib ki, Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə iyunun 20-də Siyəzən rayonu ərazisində keçirdikləri tədbir zamanı sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi, məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılması və içməli, məişət, texniki və tullantı sularının kənara təyinatsız axıdılması faktları aşkar olunub.

İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi), 266.3-cü (məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılması) və 262.2.3-cü (içməli, məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə) maddələrinin tələblərini pozduqlarına görə Zarat kənd bələdiyyəsinin sədri və 4 rayon sakini barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

8005fd35eb37e5e5166c8645fc45da53eb33fbc3 fb45 4719 9add 68469da13bc2 jpg ddc5621c6113f30af940b58f0e05a4dbdd63c258 310a 41d4 aa8b 4becff163cc7 jpg 6e2c4eed58810e909c5096ce82af3470d7f1b427 a264 497d 833b cca328864663 jpg 3cb0db2a6c568959403f9d86550aca7a58b76978 0c55 413a 801f 5815c757c668 jpg

Paylaş: