Oktyabrın 21-də Laçında iki nəfər minaya düşüb.
Globalinfo.az bildirir ki, bu haqda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi ilə bağlı məlumat yayıb.
Agentlikdən verilən xəbərə görə, 2022-ci 21 oktyabr tarixində Laçın rayonunun Suarası kəndində minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə mina partlayıb.
İlkin məlumata əsasən hadisə nəticəsində Həmidov Elsəvər Sovet oğlu və Həsənov Səbuhi Telman oğlu xəsarət alıb.
Agentlik bildirib ki, hadisə ilə bağlı aparılan araşdırmanın nəticəsinə dair ictimaiyyətə əlavə məlumat veriləcək.
***
Saat 20:10
Laçında iki nəfər minaya düşüb.
Hadisənin rayonun Suarası kəndində qeydə alındığı deyilir.
Kənddə 2 nəfər mina partlaması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Minaya düşən şəxslər xəstəxanaya çatdırılıb. Hazırda onların müalicəsi davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan faktı təsdiqləyiblər.














