Finlandiyada iş adamı sürət həddini pozması səbəbilə 121 min avro məbləğində cərimə olunub.
Globalinfo.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
Məlumatda qeyd edilib ki, iş adamı Anders Viklef yolun saatda 50 kilometrdən çox olmayan hərəkətə icazə verilən hissəsində sürət həddini aşıb. O, avtomobili saatda 82 kilometr sürətlə idarə edib ki, bu da qanunla müəyyən edilmiş həddən iki dəfə çoxdur. Bu isə 76 yaşlı iş adamının üçüncü sürət həddini aşmasıdır.
Finlandiyanın cərimələr sistemi fərqlidir. Belə ki, pozuntu üçün sabit məbləğlər yoxdur və cərimənin məbləği sürücünün gəlirindən asılıdır. Qaydalarda qeyd olunur ki, cərimə gündəlik xalis qazancın yarısı qədərdir və sürücü limiti aşdıqca, aldığı gündəlik cərimələrin sayı da bir o qədər çox olur.
Qaydalara görə, şirkətinin illik gəliri 350 milyon avro olan iş adamı 14 gün ərzində sərəncamında olan gəliri məbləğində cərimə ödəməyə borcludur ki, bu da astronomik məbləğ – 121 min avro edir.
Gülay














