Ermənistan tərəfi sərhədlərin delimitasiyası məsələsində 1975-ci il xəritələrindən istifadə olunmasına can atır.
Globalinfo.az xəbər verir ki, bu fikir dəfələrlə erməni rəsmilər tərəfindən dilə gətirilib.
Ermənistan Milli Arxivinin keçmiş sədri Amatuni Virabyan yeni bir iddia ilə çıxış edib.
“Bu xəritələr ən böyük miqyasa sahibdirlər – 1:100000. Başqa sözlə xəritədə hər bir santimetr 1 kilometr ərazini göstərir. Bu cür miqyasda və dəqiqlikdə yeganə xəritədir”, – o bildirib.
Qeyd edək ki, Ermənistan delimitasiya prosesində 1975-ci il xəritələrinə istinad edilməsini istəsə də, Azərbaycan bütün hüquqi əhəmiyyətə malik sənədlərin nəzərdən keçirilməsini tələb edir. Rəsmi İrəvan isə bundan istifadə edərək danışıqları dalana dirəyir.
Tahir Turan
Globalinfo.az