Fazil Mustafa teraktdan sonra ilk dəfə belə görüntüləndi – VİDEO

Terrorçu hücumuna məruz qalan deputat Fazil Mustafa yeni görüntülərini paylaşıb.

Globalinfo.az xəbər verir ki, millət vəkili paylaşımında qolundakı gibsin açıldığını bildirib.

“Nəhayət, Allaha şükürlər olsun ki, qolumuz açıldı. İnşallah, yolumuz da açılacaq! Həkimlərimiz var olsun. Dualarını əsirgəməyən insanlarımız var olsun. Düşmənlərimizi də Allah islah etsin. Ay yarım sonra ilk dəfə idi ki, namazı da qaydalara uyğun qılmağa başladım. Ayaqlarım məni mahcub etmədi. Qolumun reabilitasiya prosesi də davam edəcək, ümidim var ki, siyasi həyata qayıtdığım kimi, futbol, basketbol sahələrinə də qayıtmaq mümkün olacaq. Yenidən mübarizənin ön sıralarında olmalıyıq və olacağıq! Allah millətimizi və dövlətimizi qorusun!” – F.Mustafa qeyd edib.

Zaira Akifqızı
Globalinfo.az