tiqran abramyan

11:58

Azərbaycanla Ermənistan arasında danışıqlar nəticəsiz qalmaqda davam edir.

Globalinfo.az xəbər verir ki, bu sözləri Ermənistanın Şərəf Duyuram Blokundan deputat Tiqran Abramyan deyib.

“Ermənistan hakimiyyətinin güzəşt məsələsində “qırmızı xətti” keçməsinə və Azərbaycanın buna razılaşıb sülh müqaviləsi imzalaması gərəkdiyinə baxmayaraq, Bakı hazırkı hakimiyyətin mövcudluğuna əlverişli zaman kimi baxır. Yəni Azərbaycan çalışır ki, Ermənistanı dizi üstə çökdürüb, erməni məsələsini gündəmdən silsin.

Əgər Azərbaycan Qarabağın onun tərkibində qalmasını, bəzi ərazilərin ona keçməsini ehtiva edən bugünkü şərtlərlə razılaşmırsa, demək, bir neçə dəfə böyük hədəfə iddia edir”, – o bildirib.

Qeyd edək ki, rəsmi Bakı daha əvvəl beynəlxalq hüquq və ədalətə uyğun sülh şərtlərini İrəvana təklif etsə də, Ermənistan tərəfi hər vəchlə prosesdən yayınır.

İlkin Həsənov
Globalinfo.az

Paylaş: