Azərbaycan və Ermənistan XİN başçıları arasında Vaşinqtonda keçirilən danışıqlar sabah başa çatacaq.
Globalinfo.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Ani Badalyan bildirib.
O deyib ki, ilkin plana əsasən, müzakirələrin son günü sabahdır. Danışıqların detalları daha sonra açıqlanacaq.
Qeyd edək ki, mayın 1-də Vaşinqtonda ABŞ dövlət katibi Entoni Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan XİN başçılarının görüşü olub.