Ermenistan serhedi2 2

Türkiyə ilə sərhədin açılması Ermənistana fayda gətirəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Ərazi İdarəetməsi və İnfrastruktur Nazirliyi yayıb.

Məlumata görə, Türkiyə ilə birbaşa yükdaşımalarının işə salınması, malların çatdırılma müddətini, eləcə də yanacaq xərclərini azaldacaq və ixracat həcmini artıracaq. Nazirlik həmçinin erməni ixracatçıların üçüncü ölkələrə tranzitə görə pul ödəmək məcburiyyətində qalmayacağını açıqlayıb:

“Hazırda Türkiyədən Ermənistana və geriyə yük maşınları İrəvan-Bavra-Axalkalaki-İstanbul maşrutu üzrə 1755 kilometr qət edirlər. İrəvan-Marqara-İstanbul yolunun uzunluğu isə 1570 kilometrdir”.

Üstəlik, nazirlik yolun açılmasının Ermənistan-Gürcüstan ticarət dövriyyəsinə təsir etməyəcəyini vurğulayıb.

Qeyd edək ki, Ermənistanla Türkiyə arasında sərhəd keçid məntəqəsinin iyunun 1-də açılması gözlənilir.

İlkin Həsənov
Globalinfo.az

Paylaş: