Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilir.
Globalinfo.az Modern.az-a istinadən xəbər verir ki, iclasda əfvlə bağlı müraciətlərə baxılacaq.
Bu, Əfv Məsələləri Komissiyasının sonuncu iclasıdır. Ayın sonunda əfv siyahısının Prezidentə təqdim olunması gözlənilir.
Qeyd edək ki, indiyədək keçirilən iclaslarda 1700-ə yaxın müraciətə baxılıb.














