WhatsApp Image 2026 11 11 at 12.55.35

İndoneziyada uşaqlar həyətlərində rastlaşdıqları nəhəng pitonu qeyri-adi əyləncə vasitəsinə çevirib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Need To Know” nəşri məlumat yayıb.

Məlumata görə, uşaqlar uzunluğu təxminən 6 metr olan pitonun üzərinə oturaraq onun bədəni boyunca növbə ilə sürüşüblər. Hadisə zamanı böyüklər də ətrafda olub və uşaqların bu hərəkətlərini izləyiblər.

Qeyd edək ki, pitonlar zəhərli olmasalar da, insanlar üçün ciddi təhlükə yarada bilərlər. Bu ilanlar qurbanlarını bədənləri ilə sıxaraq hərəkətsiz hala sala bilir. Mütəxəssislər vəhşi heyvanların davranışının əvvəlcədən proqnozlaşdırılmasının çətin olduğunu və belə təmasların, xüsusilə uşaqlar üçün ağır nəticələrə səbəb ola biləcəyini bildirirlər.

Paylaş: