İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Əhməd Baxşayeş Ərdəstani İslam Respublikasının həssas qurumlarına sızma məsələsinə toxunaraq bildirib ki, Əli Xameneinin iclas keçirdiyi yerin müəyyən edilməsi onun yaxın ətrafında casus olmadan mümkün deyildi.
Globalinfo.az xəbər verir ki, bu barədə “Azad İran” Teleqram kanalı yazıb.
“Məsələn, sizcə rəhbərin filan gün iclası olacağını necə bildilər? Məlumdur ki, casus düz qulaqlarının dibində olub. Bu məsələlər araşdırılmalıdır”, – deputat əlavə edib.
Bununla belə, Əhməd Baxşayeş casusun kimliyini açıqlamayıb.