6nul74wgk119U8lvXLSt

Avropa Birliyi bütün ölkələrin səfirləri səviyyəsində Avropa Komissiyasının Ermənistanla viza rejiminin liberallaşdırılması barədə danışıqlara başlamaq təklifinə razılıq verib.

Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı Azadlıq Radiosu öz mənbələrinə istinadən yayıb.

Məlumata görə, bu addımdan sonra məsələ Avropa Birliyi Şurasına təsdiqlənmək üçün veriləcək, daha sonra Avropa Komissiyasına təqdim ediləcək. Sonuncu öz növbəsində danışıqların nə vaxt başlayacağını və şərtlərini elan edəcək.

“Bu o deməkdir ki, atılan addımlarla bağlı illik hesabatlar təqdim ediləcək ki, bu, bir neçə il davam edəcək. Məsələn, Moldovada bu proses 3-4 il, Gürcüstanda 5 il, Ukraynada isə 9 il davam edib. Türkiyə ilə danışıqlar isə 10 ildir davam edir. Hər ölkə bu prosesi özünəməxsus keçir”, – məlumatda qeyd edilib.

Radio Brüsselin Ermənistana icra etməli olacağı yüzlərlə səhifəlik tələb verəcək ki, bunların icrası üçün illər gedəcək.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: