90-cı illərdə Avropa Birliyinə qəbul edilsəydik… – Şoyqu

90-cı illərdə Avropa Birliyinə qəbul edilsəydik... - Şoyqu

“Əgər 1990-cı illərdə Rusiyanı Avropa Birliyinə qəbul etsəydilər, suverenliyimizi itirəcəkdik”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu deyib.

O, Rusiyanın təkcə suverenliyini yox, həm də resurslarını itirə biləcəyini vurğulayıb.

Şoyqu bildirib ki, Qərb ölkələri onlara ağrılı cavabın verilməyəcəyini bilməsəydilər, çoxdan Rusiyanın dondurulmuş aktivlərini ələ keçirmişdilər:

“Onlar yaxşı bilirlər ki, cavab sadəcə adekvat olacaq. Mən artıq demişəm ki, onlar özlərini oğru kimi aparırlar”.

Əliyar Xəlil
Globalinfo.az