Erməni əsgər güllələndi

Avqustun 10-da Ermənistan ordusunun əsgəri Jora Zöhraboviç Karapetyan naməlum şəraitdə güllələnib. 

Globalinfo.az xəbər verir ki, yaralı vəziyyətdə xəstəxanaya çatdırılan Karapetyan həkimlərin müdaxiləsinə baxmayaraq həyatını itirib.

Onun hansı şəraitdə, necə güllələndiyi məlum deyil.

Məsələ ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, son vaxtlar Ermənistan ordusunda güllələnmə və intihar halları artıb.

Ayşən Mustafa
Globalinfo.az