Fransa Prezidenti Emmanuel Makron Ermənistan Baş naziri Nikol Paşinyanı seçkidəki qələbə münasibətilə təbrik edib.
Globalinfo.az xəbər verir ki, o bu barədə özünün X səhifəsində yazıb.
“Hörmətli Nikol Paşinyan, parlament seçkilərindəki bu inamlı qələbə münasibətilə ən səmimi təbriklərimi çatdırıram.
Xalqlarımızın rifahı naminə əməkdaşlığı daha da gücləndirmək, Ermənistanda sülhü və suverenliyi, Avropa ilə yaxınlaşma dinamikasını dəstəkləmək üçün sizinlə başladığımız işi davam etdirməkdən məmnunam”, – Makron qeyd edib.
Əliyar Xəlil
Globalinfo.az