İranın xarici işlər naziri Abbas Əraqçi iordaniyalı həmkarı Ayman əs-Səfadinin Tehranın zərbələri ilə bağlı tənqidlərinə cavab verib.
Globalinfo.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Səfadi İranın müharibənin başlamasından cəmi iki saat sonra İordaniyaya və regionun digər ölkələrinə zərbələr endirdiyini bildirərək, bunun sırf cavab xarakterli əməliyyat olmadığını deyib.
Əraqçi isə İranın özünü müdafiə etdiyini bildirib:
“İordaniya xarici işlər nazirinin fikrincə, İran ərəb ölkələrinin və öz suverenliyinə hörmət etməyən təcavüzkara cavab vermək üçün nə qədər gözləməli idi? Doğrudanmı o bilmir ki, günahsız iranlıların öldüyü ABŞ-ın ilk hücumları zamanı ərəb ölkələrinin hava məkanından, ərazisindən və akvatoriyasından istifadə olunub?”
İki ölkənin xarici işlər nazirləri arasında bu qarşılıqlı açıqlamalar regionda davam edən hərbi gərginliyi diplomatik müstəvidə də ortaya qoyur.
Safura Bənnayeva
Globalinfo.az