“Maşa və Ayı” cizgi filmi dünya üzrə geniş auditoriya qazanıb”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Onun sözlərinə görə, ekran əsəri yalnız əyləncəli məzmunu ilə deyil, həm də mehribanlıq və insanpərvərlik kimi keyfiyyətləri ön plana çıxarması ilə seçilir:
“Maşa və Ayı” cizgi filmi bütün dünyanı fəth edib. Bunu şişirtmədən deyə bilərik. Öz mehribanlığı, humanizmi, ən gözəl insani keyfiyyətləri təbliğ etməsi ilə dünyanı fəth edib”.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski “Maşa və Ayı” cizgi filminə sanksiya tətbiq edib.
Safura Bənnayeva
Globalinfo.az