Pakistanın Bannu şəhərində baş verən partlayış nəticəsində 15 həlak olub.
Globalinfo.az xəbər verir ki, bu barədə “Dawn” nəşri məlumat yayıb.
Hadisə terrorçular tərəfindən bomba quraşdırılmış avtomobilin partladılması ilə törədilib.
Güclü partlayış nəticəsində polis kazarmaları dağılıb, bir zirehli maşın tamamilə yararsız hala düşüb, tikililər ziyan dəyib.
Hadisədən sonra bölgədəki xəstəxanalarda fövqəladə vəziyyət rejimi tətbiq olunub.
Təhlükəsizliyin təmin olunması üçün şəhərdə əlavə nəzarət-buraxılış məntəqələri qurulub.
Safura Bənnayeva
Globalinfo.az