Fransadan Ukrayna ordusu ilə bağlı açıqlama: “Buna ehtiyacları var”

Paris 2023-cü ilin avqustunda altı min Ukrayna əsgərinə təlim keçib. Ukrayna hərbçiləri Polşa və Fransa arasında təlim keçmək üçün bərabər paylanıb.

Globalinfo.az Konkret.az-a istinadən xəbər verir ki, bunu Fransanın müdafiə naziri Sebastyan Lekornü “Var Matin” nəşrinə müsahibəsində deyib. Onun sözlərinə görə, Ukraynanın əks-hücuma keçməsi üçün yeni nəsil əsgər lazımdır. Bunların da təliminə ehtiyac duyulur.

Lekornü Fransanın Ukraynaya verdiyi hərbi yardımları da xatırladıb.