Araqci 1 900x563 2

ABŞ ilə İran arasında İslamabadda keçirilən danışıqlar zamanı gərginlik yaşanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Bildirilir ki, İranın xarici işlər naziri Abbas Əraqçi amerikalı nümayəndə heyətinə fevral ayında baş verən hücumdan sonra etimad məsələsini gündəmə gətirib.

“Əgər ABŞ Cenevrədə keçirilən son görüşdə diplomatik proses davam etdiyi müddətdə hücum etməyəcəyini deyib, ardınca müharibəyə başlayıbsa, biz Vaşinqtona necə etibar edə bilərik?”, –  Əraqçi İslamabadda Ağ Ev rəsmilərinə deyib.

Mənbələr qeyd edir ki, adətən sakit və təmkinli çıxışları ilə tanınan Əraqçi bu dəfə daha sərt tonda danışıb.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: