8-ci kilometr bazarında kişi arvadını buna görə bıçaqlayıb

Dünən Bakı şəhər Nizami rayonu, Qara Qarayev prospektində yerləşən 8-ci kilometr bazarında kişinin 31 yaşlı arvadını bıçaqlamasının təfərrüatları üzə çıxıb.

Globalinfo.az-ın əldə etdiyi məlumata görə, hadisənin qısqanclıq səbəbindən baş verməsi məlum olub. Hadisədən əvvəl P.Şükürov arvadını izləməyə başlayıb. O, dünən günorta saatlarında bazarda arvadı ilə dalaşıb, 31 yaşlı A.Şükürovaya bıçaqla hücum edib. Çoxsaylı bıçaq xəsarətləri alan qadın ətrafdakı şəxslərin köməkliyi ilə Sabunçu Tibb Mərkəzinə çatdırılıb.

Fakt üzrə Nizami RPİ-də CM-nin 126.1-ci maddəsi ilə cinayət işi açılıb. İbtidai istintaqı davam etdirilir.

Malik
Globalinfo.az