
ABŞ enerji böhranı fonunda İranla bağlı koalisiya yaratmağa çalışır.
Globalinfo.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Nəşr yazır ki, ABŞ Prezidenti Donald Tramp administrasiyası, İran ilə müharibənin yaratdığı artan enerji böhranı fonunda Hörmüz bölgəsində gəmiçiliyin təhlükəsizliyini təmin etmək üçün beynəlxalq koalisiya formalaşdırmağa çalışır.
“ABŞ bir sıra ölkələrlə danışıqlar aparır ki, Hörmüz boğazı vasitəsilə keçən kommersiya gəmilərini müşayiət edəcək koalisiya yaradılsın. Administrasiya gəmilərin beynəlxalq müşayiətinin neft daşınmasını sabitləşdirməyə və dünya bazarlarına olan təzyiqi azaltmağa kömək edə biləcəyini düşünür.
Bununla belə, ABŞ-ın bir çox müttəfiqi hələlik ehtiyatlı davranır və regionda eskalasiya riskləri və təhlükəsizlik təhdidlərinə görə təşəbbüsə qoşulmağa tələsmir. Koalisiyanın yaradılması barədə rəsmi elan yaxın günlərdə verilə bilər, lakin yekun qərar Iran ətrafındakı münaqişənin inkişafından asılı olacaq”, – deyə qeyd edilib.
Safura Bənnayeva
Globalinfo.az