“Xarici qoşunların Ukraynada yerləşdirilməsi ilə bağlı müzakirələr qeyri-ciddidir”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov NATO-nun baş katibi Mark Rüttenin münaqişə başa çatdıqdan sonra “təhlükəsizlik zəmanətləri” çərçivəsində Ukraynada xarici qoşunların yerləşdirilməsi ilə bağlı fikirlərini şərh edərkən deyib.
“Bu söhbətin qeyri-ciddi olduğu aydındır”, – Lavrov bildirib.
Onun sözlərinə görə, söhbət Ukrayna xalqının deyil, Qərbin nəyin bahasına olursa-olsun qorumağa çalışdığı siyasi rejimin təhlükəsizlik zəmanətlərindən gedir:
“Bunlar Qərbin qorumaq istədiyi və Rusiya Federasiyasını “dişləməyə” davam etməsi üçün saxladığı rejimin təhlükəsizlik zəmanətləridir”.
Safura Bənnayeva
Globalinfo.az