
Rusiya ABŞ-ın İrana sanksiyalarından sonra bu ölkəyə təxminən 2,5 milyard dollar göndərib.
Globalinfo.az xəbər verir ki, bu barədə “The Telegraph” nəşri məlumat yayıb.
Bildirilir ki, dövlətə məxsus “Promsvyaz bank” dörd ay ərzində 34 böyük göndəriş həyata keçirib və göndərilən pulların ümumi çəkisi təxminən beş ton olub.
İlk göndərişlər ABŞ-ın sanksiyaları tətbiqindən bir neçə gün sonra başlayıb.
Nəşr vurğulayır ki, bu əməliyyat sanksiyaları əngəlləmək və İrana maliyyə dəstəyi göstərmək məqsədilə həyata keçirilib.
Safura Bənnayeva
Globalinfo.az