Fevralın 6-da Türkiyənin cənubunda baş verən güclü zəlzələlər nəticəsində həlak olanların arasında ermənilər də var.
Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.
Bildirilib ki, zəlzələdə D.Mesrobyan və onun iki övladı həyatını itirib.
Onların Suriya erməniləri olduğu vurğulanıb.
Qeyd edək ki, bu məlumat sosial şəbəkənin erməni seqmentində müzakirələrə səbəb olub. Ermənilərin bir qismi Türkiyədəki zəlzələnin erməni xalqı üçün müsbət hadisə olduğunu bildirirdilər. Həlak olanların arasında erməni ailələrin olması faktı sözügedən məsələ barədə mübahisələri bir qədər də dərinləşdirib.
Tamerlan Yayaqan
Globalinfo.az