xacikyan 1 1

“Ermənistan uğursuzluğa düçar olmuş dövlətə çevrilib”.

Globalinfo.az xəbər verir ki, bunu Stenford Universitetinin politoloqu Artur Xaçikyan deyib.

Onun sözlərinə görə, hazırda Ermənistanı xarici qüvvələrin marioneti olmuş rəhbərlik idarə edir:

“Əgər biz normal ölkə olsaydıq, sual verərdik ki, 2020-ci il müharibəsini dayandırmaq üçün hansı işlər görülüb? Danışıqların uğursuzluğa düçar olmasına görə kim məsuliyyət daşıyır? 2018-ci ildə yazmışdım ki, Rusiya ilə münasibətləri pozmaqla özümüzü zərbə altında qoyacağıq. Belə vəziyyətdə Azərbaycan, Rusiya və Türkiyənin arxamızdan danışıb, razılaşmalarına şərait yaradacağımıza dair xəbərdarlıq etmişdim. Lakin çağırışıma İrəvan hökumətindən və siyasi kəsimdən heç bir reaksiya olmadı.

Bu müharibə bizim diplomatik uğursuzluğumuzun nəticəsidir. Çünki hakimiyyətə hazırlığı olmayan küçə insanları gəlmişdi”.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: