l 0x0wh 786x458z 1

Ermənistan vətəndaşlarına ABŞ-a qanunsuz daxil olmağın ciddi nəticələri barədə xəbərdarlıq edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi  məlumat yayıb.

Bəyanatda bildirilir ki, ABŞ ərazisinə qeyri-qanuni şəkildə daxil olmaq həbs, deportasiya və gələcəkdə viza əldə etmək hüququnun itirilməsi ilə nəticələnə bilər.

Diplomatik nümayəndəlik Ermənistan vətəndaşlarına müraciət edərək, səfərləri yalnız qanuni yollarla planlaşdırmağa və qeyri-qanuni, təhlükəli marşrutlardan uzaq durmağa çağırıb.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: