putinn

Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə barışığın qaçılmaz olduğunu bildirib.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya lideri jurnalist Pavel Zarubinlə söhbətində deyib.

“Mənə elə gəlir ki, hazırda yaşadığımız bütün faciəyə baxmayaraq, bu, qaçılmazdır. Yəni zaman məsələsidir.

Zaman-zaman Uca Yaradanla danışmaq istəyi yaranır. Mənim daxilimdə belə bir istək olur”, – deyə nəşr Putinin sözlərini sitat gətirib.

Putin bildirib ki, 2002-ci ildə Dubrovka Teatr Mərkəzində baş verən terror aktı zamanı ilk dəfə Allah qarşısında diz çökərək dua edib:

“Kremlin Senat Sarayındakı kilsəyə dua etmək üçün gəldim. Həyatımda ilk dəfə diz çökdüm”.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: