ABŞ-ın Yəmənə hücumuna Rusiyadan REAKSİYA

6p lavrov zamena f84

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ Dövlət katibi Marko Rubio ilə telefon danışığında Qırmızı dəniz regionunda güc tətbiqinə dərhal son qoyulmasının vacibliyini vurğulayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Lavrov qan tökülməsini istisna edən həll yolu tapmaq məqsədi ilə tərəflərin siyasi dialoqa girməsinin vacibliyini qeyd edib.

Rəsmilər gələcək təmasları davam etdirmək barədə razılığa gəliblər.

Safura Bənnayeva
Globalinfo.az