Tramp əmr verdi: hərbi əməliyyatlar başladı – Ölənlər var

yemen hucum

ABŞ-ın Yəmənə zərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb.

Globalinfo.az xəbər verir ki, bu barədə husilər məlumat yayıb.

Həmçinin 100-dən çox insan yaralanıb.

***

ABŞ-ın Yəmənin paytaxtı Səna şəhərinə endirdiyi hava zərbələri nəticəsində 13 nəfər ölüb.

Globalinfo.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

***

ABŞ Yəməndə əməliyyatlara başladı.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı məlumat yayıb.

Komandanlığın məlumatına görə, Silahlı Qüvvələr Yəməndə genişmiqyaslı əməliyyatlara başlayıb.

**

22:45

ABŞ Yəməndə husilərə qarşı əməliyyata başlayır. 

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp məlumat yayıb.

ABŞ liderinin sözlərinə görə, o, Silahlı Qüvvələrə Yəməndə husilərə qarşı hərbi əməliyyatlara başlamaq barədə əmr verib.

“Bu gün mən Birləşmiş Ştatların Silahlı Qüvvələrinə Yəməndə husi terrorçularına qarşı qəti və güclü hərbi əməliyyata başlamağı əmr etdim. Onlar ABŞ-a məxsus və eləcə də digər gəmilərə, təyyarələrə və PUA-lara qarşı quldurluq, zorakılıq və terror kampniyaları keçirirlər”, – Tramp bildirib.

Qeyd edək ki, Trampın açıqlaması fonunda husilərə məxsus televiziya kanalı “Al Masirah” Səna şəhərinin bombalandığı xəbərini yayıb. “Ənsar Allah” hərəkatının nəzarətində olan şəhərə aviazərbələr endirilib. Hadisə zamanı 9 nəfərin həlak olduğu bildirilir.

Təfərrüatlar barədə məlumat verilmir.

Aysel Əliyeva
Globalinfo.az