Moskva qəza ilə bağlı həqiqəti niyə gizlədir? – Sabiq nazir açıqladı

teyyare qeza 01

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov ötən ilin dekabrın 25-də AZAL-ın təyyarəsinin Rusiyaya məxsus “Pantsir” raketi ilə vurulması nəticəsində Qazaxıstanda qəzaya uğraması haqda bir sıra detallara diqqət çəkib.  

Globalinfo.az xəbər verir ki, o bu mövzuda bəzi cavabsız sualların olduğunu bildirib:

Sabiq nazir Moskvanın bir sıra məsələlərdən yayındığını deyib:

– Rusiyanın səhvən vurulan təyyarəyə görə üzr istəməsində problem nədir? Ölkə ərazisində hərbi əməliyyatların getdiyi bir şəraitdə səhv hərəkətlərin baş vermə ehtimalı çox yüksəkdir.

– Nə üçün strateji qarşılıqlı fəaliyyətin hərfinə və ruhuna uyğun olan münasibət faciəvi fəlakət üçün başsağlığı, rəğbət və üzr istəməyi ehtiva etməməlidir? Bir sıra Kremlyönümlü medianın şovinist reaksiyası qeyri-adekvatdır və qarşıdurma vəziyyətinin yaranmasına istiqamətlənib.

– Rusiya tərəfinin gərginliyi artırmasının əsl səbəbləri nədən ibarətdir?

– Niyə bizim tərəfimizdən bəzi insanlar münaqişənin qızışdırılması məntiqi ilə sinxron şərh verirlər (“axmaq – özünsən axmaq”).

– Niyə qarşı tərəfin öz məqsədlərinə uyğun olaraq başlatdığı münaqişə laqeyd münasibətlə qarşılanmır?

Mənim yalnız bir cavabım var:

Qaçdığınız döyüş – qalib döyüşdür!”

Zaira Akifqızı
Globalinfo.az