epsteyn 900x513 1

Ceffri Epşteynin əmlak fondu və vəsiyyətnaməsinin iki icraçısı Darren İndayk və Riçard Kahn maliyyəçinin zərərçəkmişlərinə 35 milyon dollar məbləğində kompensasiya ödəmək barədə razılığa gəliblər.

Globalinfo.az xəbər verir ki, bu barədə “Blumberq” agentliyi məlumat yayıb.

Bildirilir ki, uzun illər Epşteynin hüquqşünası və mühasibi kimi fəaliyyət göstərmiş İndayk və Kan barəsində 2024-cü ildə məhkəmə iddiası qaldırılıb. Onlar zərərçəkənlər qarşısında hüquqi məsuliyyət daşıdıqlarını qəbul etməsələr də, mübahisənin razılaşma yolu ilə həllinə razı olublar:

“Razılaşmanın məqsədi 1995-ci ildən 2019-cu ildə Epşteynin ölümünədək olan dövrdə cinsi istismara məruz qaldıqlarını bildirən təxminən 40 qadının iddialarını yekun şəkildə bağlamaqdır.

Zərərçəkənləri təmsil edən aparıcı vəkil Siqrid Makkouli bildirib ki, əldə olunan anlaşma oktyabr ayında keçirilən danışıqların nəticəsidir.

Onun sözlərinə görə, sənəd həm hazırda mövcud olan, həm də gələcəkdə irəli sürülə biləcək bütün iddiaların, o cümlədən əmlaka və onun birgə icraçılarına qarşı mümkün tələblərin qüvvədən düşməsini nəzərdə tutur”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: