chkangnacnen mez ostikannery x n307086 1

Ermənistan Baş naziri Nikol Paşinyan sosial şəbəkədə paylaşdığı video ilə yenidən gündəmə gəlib.

Globalinfo.az xəbər verir ki, o, Macarıstanın paytaxtı Budapeştdə velosiped sürməsinin görüntülərini yayıb.

Polis maşınlarının səsini eşidən Paşinyan bir qədər narahat olub:

“Polislər bizi saxlasalar, biabır olarıq” .

Qeyd edək ki, Ermənistan baş nazirinin veloyürüşlər təşkil etməsi yerli ictimaiyyətdə tənqid olunur. Ölkənin taleyi ilə bağlı həlledici hadisələrin yaşandığı dövrdə Paşinyanın müxtəlif ölkələrdə velosiped sürməsi birmənalı qarşılanmır.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: