Hakob Badalyan 3

“Tramp Harrisi ittiham edir ki, o, “artsax” boşaldılan zaman heç nə etməyib. Təbii ki, Tramp haqlıdır. Harris nəinki heç nə etmədi, Ağ Ev administrasiyası etnik təmizləmənin onlar üçün “qırmızı xətt” olduğunu bəyan etdilər. Lakin heç bir addım atmadılar”.

Globalinfo.az xəbər verir ki, bunu erməni politoloq Akob Badalyan deyib.

O bildirib ki, burada nə Harris, nə də Tramp günahkardır:

“Geosiyasəti qulağımızla ölçdüyümüz üçün biz günahkarıq. 44 günlük müharibə ağır dərs oldu.

ABŞ Mərkəzi Asiya-Azərbaycan-Ermənistan-Türkiyə-Aralıq dənizi regionu və Avropadan ibarət Orta Dəhliz qurur. “Artsax” isə o yola düşmüş daş idi. Buradan həm ermənilərin, həm də rusların çıxması ilə sözügedən “daş” ortadan götürüldü”, – o qeyd edib.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: