Belçika, Monako, Malta və Lüksemburq Fələstin Dövlətinin müstəqilliyini tanıyan ölkələr sırasına qoşulub.
Globalinfo.az xəbər verir ki, onlar öz qərarlarını BMT Baş Assambleyasının Nyu-Yorkdakı mənzil-qərargahında keçirilən sammitində açıqlayıblar.
Beləliklə, Fələstin Dövlətini tanıyan ölkələrin sayı 145-i keçib.
Qeyd edək ki, bundan əvvəl Fransa, Böyük Britaniya, Kanada və Avstraliya da Fələstin dövlətinin müstəqilliyini tanımışdı.