İsrailin Beerşeba şəhərində silahlı hücum nəticəsində bir qadın ölüb, on nəfər yaralanıb.
Globalinfo.az xəbər verir ki, bu barədə İsrailin Milli Təcili Yardım Xidməti məlumat yayıb.
25 yaşlı qadının aldığı ağır xəsarətlərdən dünyasını dəyişdiyi, daha 10 nəfər isə güllə yarası da daxil olmaqla müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirildiyi bildirilib.