Leysan yağışlar nəticəsində 33 nəfər ölüb – 10 nəfər itkin düşüb

Koreya Respublikasında son bir həftə ərzində güclü yağışlar nəticəsində ölənlərin sayı 33-ə çatıb, daha 10 nəfər itkin düşüb.

Globalinfo.az “APA”ya istinadən xəbər verir ki, Fəlakətlərin İdarə Edilməsi və Milli Təhlükəsizlik üzrə Mərkəzi Qərargahın məlumatına görə, ölkənin cənub-şərqindəki Kyonsanqbukdo və mərkəzi Çunçonqdo əyalətində 33 nəfərin meyiti tapılıb.

Son bir həftə ərzində ümumi yağıntının 500 mm-i keçdiyi əyalətlərdə növbəti leysan xəbərdarlığı edilib.

10 nəfər hələ də itkin sayılır, onlardan doqquzu Kyonsanqbukdo əyalətindədir.

Osonq şəhərində su basmış tuneldə avtomobillərdən 7 cəsəd çıxarılıb.

13 əyalətdən 8 minədək sakin təxliyə edilib.