“ABŞ bütün dünyanın ona gülməsinə imkan verməməlidir”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ-ın Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp deyib.
“Biz istəyirik ki, bütün dünya dörd il əvvəlki kimi bizə hörmət göstərsin. İndi isə bizə gülürlər. Biz bunun baş verməsinə icazə verə bilmərik”, – o qeyd edib.