ABŞ-ın müdafiə naziri olacaq şəxsdən mühüm Ukrayna açıqlaması

Ukraynaya ABŞ-dan hərbi yardım çox az olub və indi çox gecdir.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ-ın keçmiş dövlət katibi Mayk Pompeo deyib.

“ABŞ Konqresi Kiyevə 174 milyard dollarlıq yardım ayırıb, amma Bayden onu gecikdirib. Bu vəsait çox az, çox gec verilib” – deyə Pompeo bildirib.

O həmçinin Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsinin, eləcə də Ukraynaya istənilən cür silah tədarükünə icazə verilməsinin, həmçinin Kiyevə 500 milyard dollarlıq silah tədarükünün tərəfdarı olduğunu söyləyib.

Qeyd edək ki, Pompeo hazırda Tramp administrasiyasında müdafiə naziri postuna əsas namizəd kimi nəzərdən keçirilir.

Globalinfo.az