İsrailin kəşfiyyat xidməti “Mossad” Livanın “Hizbullah”ın rabitə cihazlarını partlatmaq əməliyyatını iki ildən çox planlaşdırıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” yazıb.
“Rabitə cihazlarının pozulması ideyası 2022-ci ildə yaranıb. “Mossad” 2015-ci ildən Livana partladıcılar yerləşdirilmiş radiocihazlar təqdim etməyə başlayıb. Onlar dinləmə alətləri kimi istifadə olunurdu və böhran daha da pisləşərdisə, partlatıla bilərdi.
“Hizbullah” İsrail və ya onun müttəfiqlərindən cihazlar almayacağı üçün “Mossad” maskalama kimi Tayvanın “Apollo” brendindən istifadə etməyi qərara alıb. İstehsal üçün autsorsinqə verilən peycerlər “Mossad”ın nəzarəti altında İsraildə istehsal edilib, lakin “Apollo” bundan xəbərsiz olub, – məlumatda bildirilib.
Qeyd edilir ki, peycerlər əməliyyatında məqsəd istifadəçilərin hər iki əlini partlatmaq idi, çünki alınan şifrəli mesajı oxumaq üçün iki düymə eyni vaxtda basılmalı idi: Çünki hər iki əli yaralanan döyüşçülər müharibədə iştirak bilməyəcəkdi.