“Fransa hakimiyyəti radikal islama bağlılıqda şübhəli bilinən 39 rusun deportasiya proseduruna başlayacaq”.
Globalinfo.az xəbər verir ki, bunu Fransanın daxili işlər naziri Cerald Darmanin deyib.
Nazir bildirib ki, bu şəxslərin qəbulu ilə bağlı Rusiyanın razılığı gözlənilir:
“Radikallaşma şübhələrinə görə xüsusilə yaxından izlədiyimiz 39 Rusiya vətəndaşının siyahısını tərtib etmişik. Bu siyahı keçən həftə Rusiya hakimiyyətinə təqdim edildi. Moskva onların şəxsiyyətini müəyyənləşdirdi. Rəsmi olaraq qəbul edəcəklərinə dair razılıqdan sonra onların deportasiya prosesinə başlanacaq”.
Ayşən Mustafa
Globalinfo.az