SSRİ olmayacaq, yeni imperiya qurulacaq – Kreml

SSRİ-nin yenidən yaradılması qeyri-mümkündür.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Müasir inteqrasiya formalarının olması isə tamam başqa məsələdir. Bu formalar iştirakçı ölkələrin maraqları əsasında mövcud olur. Keçmiş SSRİ ərazisində ən sürətli və inkişaf etmiş inteqrasiya forması Rusiya-Belarus İttifaq dövlətidir. Lakin bu, heç bir halda Sovet İttifaqına qayıtmaq və onu yenidən yaratmaq cəhdi demək deyil”, – o bildirib.

Qeyd edək ki, bundan öncə Moskva MDB-dəki digər dövlətlərə, xüsusilə özünün inteqrasiya layihələrində iştirak edən ölkələrə ittifaq dövlət yaratmağı təklif etsə də, rədd cavabı alıb.

İlkin Həsənov
Globalinfo.az