peskovv

“Rusiya Prezidenti Vladimir Putinin Silahlı Qüvvələrin sayını artırmaq qərarı ölkəyə qarşı təhdidlərin artması və Qərbin düşmən mövqeyi ilə bağlıdır”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Bu, sərhədlərimizin perimetri boyu ölkəmiz üçün mövcud olan çoxsaylı təhlükələrlə bağlıdır. Buna qərb sərhədlərində son dərəcə təhlükəli vəziyyət, şərq sərhədlərində qeyri-sabitlik səbəb olur, ona görə də müvafiq tədbirlərin görülməsi vacib idi”, – deyib.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin silahlı qüvvələrin sayını 1,5 milyon hərbi qulluqçu da daxil olmaqla, 2 milyon 389 min 130 nəfərə çatdırıb.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: