Xerson vilayətində ukraynalı əsgər öz yoldaşlarını tibb işçiləri ilə birgə əsir götürüb.
Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna hüquq-mühafizə orqanlarından bildirilib.
“O, AK-47 ilə əsgər yoldaşlarına yaxınlaşaraq həkimə aparılmasını istəyib. Həkimlərin yanına çatanda isə maşından düşüb və hərbçiləri silahla hədələyərək, başqa maşına mindirib, Nikolayevə getməyə məcbur edib”, – məlumatda deyilib.
Qeyd edək ki, həmin hərbçi saxlanılıb və barəsində cinayət işi başlanıb, 5-8 il müddətinə azadlıqdan məhrum edilə bilər.
Safura Bənnayeva
Globalinfo.az